Yaz günləri Çap et
Mahnılar

 Sözləri Mirzə Ələkbər Sabirin,
Musuqisi Səyid Rüstəmovundur.

Gəl, gəl, ay yaz günləri!
İlin əziz günləri!

Nəqərat:

Gəl, gəl, gəl, gəl,
Gəl, gəl, a yaz günləri.
Gəl, gəl, gəl, gəl,
Tez gəl, a yaz günləri.

Dağda ərit qarları,
Bağda ərit qarları.

Nəqərat.

Çaylar daşıb sel olsun,
Taxıllar tel-tel olsun.

Nəqərat.

Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.

Nəqərat.