|
Mahnılar
|
Sözləri Hüseyn Abbaszadənin, Musuqisi Qənbər Hüseynlinindir. Səfərə çıxmış yenə, Gənc pioner dəstəmiz! Leninin nəvələri Kommunist nəsliyik biz! Nəqərat: Yolumuz partiyanın Böyük döyüş yoludur, Ürəyimiz yaratmaq Həvəsiylə doludur. Dəstəmizin önündə Şeypurumuz gurlayır, Barabanın səsini Külək ətrafa yayır. Nəqərat. Yeriyirik inamla, Cərgələrimiz sıxdır, Fikrimiz yurdumuzun Səhəritək açıqdır. Nəqərat. Yeriyirik dağlardan, Dərələrdən aşaraq, Başımızın üstündə Yellənir qızıl bayraq. |
|