- O - Çap et
Atalar sözü və məsəllər

***

Od düşdüyü yeri yandırar.

 

***

Od yanan yerdən işıq gələr.

 

***

Oddan kül törər, küldən nə törər?

 

***

Oynamaq bilmir, deyir: yerim dardır.

 

***

On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir.

 

***

Onun üzü, dəvənin dizi.

 

***

Ot kökü üstə bitər.

 

***

Oxunu atıb yayını gizlədir.