Don Kixot (Migel de Servantes Saavedra)

"Öndər nəşriyyatı", 2004, 576 səh., ISBN 9952-416-32-5, çəkisi: 596 qr., ölçüsü: 150x210 (mm.).


10.00 AZN


Servantesin monumental "Don Kixot"u XVI əsrdə İspaniyada atlanmış, o gündən oz dünya  səyahətinə başlamışdır. Klassik dövr ispan mədəniyyətinin bədii ensiklopediyası olan bu əsərdə realizmə zidd cəngavərlik romanı məsxərəyə qoyulmuşdur.

Don Kixot insana məhəbbət naminə təmənnasız xeyirxahlığa, hətta cəngavər şücaətinə hazırdır. Lakin həyat onun xəyallarını sərt bir şəkildə puç edir. Haqsızlığın hökm sürdüyü mühitdə onun fədakarlığı və romantik xəyalları mənasız, sadəlövh və gülünc görünür.

Ən məşhur surətlər aləmində özünəməxsus yer tutan Don Kixot obrazı ümumbəşəri mahiyyət kəsb etmiş, nəcib, cəsur, xeyirxah, lakin real gerçəklikdən, həyatdan uzaq, xəyalpərəst insan rəmzinə çevrilmişdir.

Minlərlə cəngavərlik romanına nizə çevirən cəngavər "Don Kixot" romanı - dünya ədəbiyyatının bu şah əsəri özünün Don Kixotu və Sanço Pansası ilə qalib çıxmışdır.



AZN məzənnəsi
2026 tam siyahı
1 USD 1.7000
1 EUR 2.0018
1 TRY 0.0379