Spartak (Rafaello Covanyoli)
"Şərq-Qərb" nəşriyyatı, 2006, 584 səh. ISBN10 9952-34-038-9. ISBN13 978-9952-038-9. Çəkisi: 734 qr., ölçüsü: 150x220 (mm.).
"Şərq-Qərb" nəşriyyatı, 2006, 584 səh. ISBN10 9952-34-038-9. ISBN13 978-9952-038-9. Çəkisi: 734 qr., ölçüsü: 150x220 (mm.).
Məşhur italyan yazıçısı Rafaello Covanyoli - bədii və tarixi əsərlər müəllifi kimi bəşər oxucusunun rəğbətini qazanan yazıçılardandır. "İtaliyanın siyasi tarixi", "Palleqrino Rossi və Roma Respublikası", "Çiçeruakyo və don Rirleno" və bir sıra başqa əsərləri onu bütün dünyada tanıtmışdır. Rafaello Covanyolinin yaratdığı ölməz "Spartak" romanının dünya ədəbiyyatı tarixində xüsusi yeri var.
İctimai həyatla, çətinliklər və maneələrlə üz-üzə gələn Spartak - cəsarəti, qorxmazlığı, bacarığı ilə ilotları və plebeyləri "Yaşasın Azadlıq!" şüarı və nidaları öz ardınca aparmağa, onları quldarlara, senzorlara, senatorlara, patrisilərə qarşı mübarizəyə qaldırmağa malik bir xalq qəhrəmanıdır. Elə buna görə də ilk oxucudan başlamış indiyə kimi "Spartak" romanında adi insanın - qulun mübarizlik, azadlıq arzularını öz fəaliyyətində gerçəkliyə çevirməsi, bu amal uğrunda inam hissi ilə yaşaması bizi məftun edir. Bu əsərdə tanış olan hər kəs inanır ki, insan nə qədər böyük işlər görməyə qadirdir, onun əməli fəaliyyat dairəsi hədsiz dərəcədə genişdir və intehasızdır. İnsan zəkası və iradəsi onu azadlığa çıxara bilər.
Gəncliyin ruhuna uyğun olan və həmişə ağıllı, cəsarətli, fərasətli, ayıq-sayıq olmağı aşılayan bu əsər gənclərin stolüstü kitabına çevriləcəkdir.