Gecə uçuşu (A. Ekzüperi)
"Şərq-Qərb" nəşriyyatı, Bakı, 2007, 120 səh. İSBN: 978-9952-34-163-8. Çəkisi: 121 qr., ölçüsü: 110x145 (mm.).
Fransız ədəbiyyatı - XX əsr.
"Şərq-Qərb" nəşriyyatı, Bakı, 2007, 120 səh. İSBN: 978-9952-34-163-8. Çəkisi: 121 qr., ölçüsü: 110x145 (mm.).
Fransız ədəbiyyatı - XX əsr.
Ədəbi aləmdə həyatı və yaradıcılığı Sent-Ekzüperidə olduğutək bir-biriylə qırılmaz və üzvi şəkildə bu qədər bağlı ikinci yazıçı adı çəkmək çox çətindir. "Bəşəriyyət səmanın ənginliyini, təyyarəçilik sənətinin romantikasını Sent-Ekzüperinin romanları ilə mənimsəmiş, səmadan yer kürəsinə ilk dəfə fransız yazıçısının gözü ilə baxmış, planetimizin gözəlliyini, zərifliyini Sent-Ekzüperi ilə duymuşdur."
Filosof-yazıçıya ilə ədəbi şöhrəti 1931-ci ildə Femina mükafatına layiq görülən "Gecə uçuşu" əsəri qazandırmışdır. "Gecə uçuşu" Sent-Ekzüperinin yalnız ədəbiyyatda deyil, həm də həyatda başlıca devizialiliyini göstərir. Sent-Ekzüperi etiraf edirdi ki, təyyarəçilərə qulaq asmağı çox sevir; onların danışıqları da raportları kimi aydın və lakonikdir. Həmin aydınlıq, lakonizm və yığcamlıq Sent-Ekzüperi yaradıcılığının, eləcə də “Gecə uçuşu”nun səciyyəvi cəhətlərindəndir.