| Aslanla Öküzlər |
|
| Təmsillər | |
|
Aslan iki öküzlə vuruşurmuş. Ancaq öküzlər birləşib onu yaxına buraxmırmışlar. Hərəsi bir tərəfdən buynuzları ilə hücum edib Aslanı qovurmuşlar.
Bundan bir şey çıxmadığını görən Aslan hiyləyə əl atır. Öküzlərdən birinə yaxınlaşıb pıçıldayır ki, əgər o, yoldaşlarını müdafiə etməsə, onunla heç bir işi olmayacaqdır.
|