Sual-cavab Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.


 - Görmə! – Baş üstə, yumaram gözlərim.
- Dinmə! – Mütnən, kəsərəm sözlərim.
- Bir söz eşitmə! – Qulağım bağlaram.
- Gülmə! – Pəkey, şamu səhər ağlaram.
- Qanma! – Bacarmam! Məni məzur tut,
                Boyləcə təklifi-məhalı unut!
                          Qabili-imkanmı olur qanmamaq?
                           Məcməri-nar içrə olub yanmamaq?
                Eylə xəmuş atəşi-suzanını,
                      Qıl məni asudə, həm öz canını!