Ey annın ay, üzün günəş, ey qaşların kəman! Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Ey annın ay, üzün günəş, ey qaşların kəman!
Ceyran gözün, qarışqa xətin, kakilin ilan!

Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kipriklərin qamış, dodağın bal, tənin kətan!

Boynun sürahi, boy-buxunun bir uca çinar,
Əndamın ağ gümüş, yanağın qırmızı ənar!

Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!..