(Sanma bir məsləki təqiblə möhkəm qalaram) Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Sanma bir məsləki təqiblə möhkəm qalaram,
Əlli arxın suyunu gündə bir arxa calaram!
Kefimin gəlməsinə1 bax, nə gərək yaxşı, yaman?
Mən gəhi mixi, gəhi nəli döyüb tapdalaram.

 


1Haşım bəy Vəzirov nəşr etdiyi “Səda” qəzetində “Keyfim gələndə” sərlövhəsi lə qərəzli məqalə və felyetonlar yazardı. Ona işarə olunur.