(Deyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətlə) Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Deyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətlə:
“Cəhangiranə bir dövlət çıxardıq bir əşirətdən!”1
Bu gün də iftixar etsək səzadır fərti-qeyrətlə:
Kərəmkaranə beş dövlət yetişdirdik rəiyyətdən!

 


1Keçən əsrin tərəqqipərvər türk şairi Namiq Kamalın məşhur qəsidəsindən bir misradır.