(Etila etdikcə, derlər, yüksəyə təyyarələr) Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Etila etdikcə, derlər, yüksəyə təyyarələr –
Görməyə nail olur hər yanda alçaq yerləri.
İşbu qanunu bizim mənsəblilər bilsəydi, ah,
Bir kərə görsəydi də alçaqdakı müztərləri!..