Gərçi pərvaz etdi ayroplan dünən bir quş kimi, Aləmi heyrətdə qoyd elmü irfan naminə; Leyk bizlərtək hələ qadir deyildir uçmağa, Rəxti-xab içrə yatarkən hurü qılman naminə...