Bakıda Şamaxı yolundakı həbsxanənin qabağında oxunan növhədir: Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Asta-asta, ey hacı, izhar olur xəlvətdəki, 
Get-gedə lap şöhreyi-bazar olur xəlvətdəki; 
Pərdə çəkdin, yorğan altında yatırdın işləri, 
Bilmədinmi bir zəman bidar olur xəlvətdəki?!