|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Taziyanələr.
|
Bəs deyilmiş bunca Mehdilər xüruci, indi də Volqadan bir tazə Mehdi xəlqi iğfal eyləyir. Cahiliyyət hökmfərmadır ki, hər şəxsi-müzill “Mehdiyəm” namilə xəlqüllahı izlal eyləyir. *Mehdi – Şiələrin on ikinci və axırıncı imamıdır. Dini əfsanəyə görə, “qeyb” olmuşdur. Dünya qarışanda “zühur” edib, işləri düzəldəcəkmiş. |
|