|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Taziyanələr.
|
- Qafqaz əhli üç il ərzində nə emal eylədi? - Məktəbə hər yerdə onlar hümmət ibzal eylədi! - Mərhəba! Səd mərhəba!.. - Bəs bu az müddətdə məktəblər qapandı ya nədən? - Hə çocuqlar dövreyi-təhsili ikmal eylədi!.. - Mərhəba! Səd mərhəba!.. |
|