(Ey pulluların səfası, novruz!) Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Ey pulluların səfası, novruz!
Tacirlərin aşinası, novruz!
Bir millətə eyd ikən, nədən bəs
Oldun füqəra əzası, novruz?!