|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Çöllərindir şən, Hər yerin gülşən. Sən nə gözəlsən Ey ana Vətən! Bağdır, əkindir Hər bir bucağın, Qızıl təkindir Sarı torpağın. Böyütdün bizi, Verdin qol-qanad, Yoxdur qəm izi, Şəndir bu həyat. Qəlbim, canımsan, Ey ana yurdum! İsti qoynunda Şən yuva qurdum. Çöllərindir şən, Hər yerin gülşən, Sən nə gözəlsən, Ey ana Vətən! 1941 |
|