|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Arıyam, zəhmətkeşəm, Bal, mum çəkməkdir peşəm. Səhər güllər açınca, Gözəl qoxu saçınca Uçaram göy yamaca, Çiçək açmış ağaca, Ya çəmənə, meşəyə, Qonaram hər çiçəyə; Şirəsini çəkərəm, Pətəyimə tökərəm Çalışaram doqquz ay, Hamı məndən alır pay. Balımdan qoy yesinlər, Mənə: “Sağ ol!” desinlər. 1928 |
|