Çoban mahnısı Çap et
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Sürür inəkləri Dadaş,
Otarmağa yavaş-yavaş;
Belində bağlama çörək,
Yanında bir ala köpək.
Basıb gözə papağını,
Vurur yerə çomağını.
Ara-sıra oxur, çalır,
Sürü həvəslə otlayır:
- Yaşıllanıb çəmən, çayır,
səfalanıb dərə, bayır.
İnəklərim, ot otlayın,
Sabaha süd hazırlayın!
Sizi gözətləyir Fatı,
əlində badya, həm çatı.

1906