|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Biz gənclər, biz məktəblilər, Hər işdə göstərək hünər. İdman edək səhər, axşam, Vücudumuz olsun sağlam. Qoy güclənsin gənc nəslimiz, Gələcəyə hakimik biz! Minnətdarıq məktəbimizə, Savad, bilik verir bizə. Sağlam bilik, sağlam bədən Olsa çiçəklənər Vətən. Qoy güclənsin gənc nəslimiz, Gələcəyə hakimik biz! Gələcəkçün yorulmadan Bizik yeni həyat quran. Bilik ilə kommunizmə Bizik möhkəm təməl quran. Qoy güclənsin gənc nəslimiz. Gələcəyə hakimik biz! 1949 |
|