Qarınqulu abid Çap et
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Bar idi bir qarınqulu abid,
əhli-təqva, müqəddəsü zahid.
Hər gecə nan yeyirdi on batman,
Sübhəcən xətm edirdi bir Quran.1
Onu da sübhədək namaz üstə,
əsl məbuduna niyaz üstə.
Bir nəfər şəxs eşitdi ani, dedi:
-Nim nan gər yesəydi, yatsa idi,
bu ibadətdən çox əfzəl idi.
Hiç şəkk yox ki, mərdi-əkməl idi.
Qarnuvu qıl təamdan xali,
Olasan ta ki, hikmətə hali.
Qıl tənavül təami sən kəm-kəm,
Ibni adəmsən, olma ibn-şikəm.

 


1Quran – müsəlmanların müqəddəs kitabıdır. Ruhanilərin dediklərinə görə, guya allah tərəfindən Məhəmmədə göndərilmişdir. əslində isə Məhəmməd peyğəmbərin islam dininə dair qanun şəklində söylədiyi fikirlərin toplusundan ibarətdir ki, birinci dəfə 111 xəlifə Osman tərəfindən kitab şəklinə salınmışdır.