| Nadirə 7 |
|
| Nəsr - Seyid Əzim Şirvani. Nadirələr. | |||
|
Bir vaxt Cüha bir məscidin minarəsində azan verirdi. Özünün kərih olan sövtündən xoşu gəlirdi. Tez minarədən düşüb, minarəyə baxırdı. Yenə çıxıb azanın dalını deyirdi, yenə düşüb qulaq verirdi. Ona dedilər: - Niyə belə eləyirsən? Dedi ki, istəyirəm biləm ki, sövtüm uzaqdan necədir, yavuqdan ki, çox yaxşıdır. Və bir də gördüm ki, harayacan səsim gedir.
|