Çin padşahının İsgəndərdən sualı Çap et
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Çin padşahı İsgəndərdən sual elədi ki, padşahlığın ləzzətini nə şeydə gördün?
   İsgəndər cavab verdi ki, üç şeydə: birinci - düşmənlərə qalib olmaqda, ikinci - dostları sərbülənd etməkdə, üçüncü - möhtacların hacətlərin rəva qılmaqda. Bunlardan qeyri ləzzətini etibarı yoxdur.