Abdulla Tahir bir gün öz oğluna dedi ki, ey nuri-dideyi-girami, aya dövlət bizim xanədanda nə vaxta kimi qalacaq? Oğlu cavab verdi ki, madam ki, büsati-ədlü dad və fərşi insafü mürüvvət bu eyvana döşənəcəkdir. Zira ki, binayi-səltənət rişteyi-ədalətlə mənsub və mərbutdur.