Korun hekayəsi Çap et
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir nəfər əma şəbi-yeldadə səbusun abi-zülul ilə malamal edib, əlinə bir ədəd çıraq götürüb gedirdi. Bir şəxs ona tənə dilin açıb dedi ki, ey kuri-madərzad, səninçün ki, leylü nəhar bərabərdir, bu çıraq nə lazımdır?
   Dedi: - Bu çırağı əlimə özümdən ötrü götürməmişəm. bəlkə bu mənaya rövşən etmişəm ki, sənin kimi batini kor olanlar mənə toxunmasın və sovçam sınmasın.