Qazı Çap et
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir axmaq qazının yanına gəlib sual elədi ki, oruc tutan şəxsə nə vaxt oruc açmaq gərək?
   Qazi cavab verdi ki, nə vaxt ki, gün batar.
   Dedi ki, bəlkə gün gecəyarısına kimi batmadı?
   Bu hekayətdən sailin həmaqəti sabitdir.