Müəzzin Çap et
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir nəfər bədsövt olan müəzzin1 bir çöldə azan verirdi və hər yana yüyürüb öz sövtünə qulaq asırdı. Ondan bu əcibə olan halələti görüb soruşdular: - Bu nə halətdir?
   Dedi ki, xalq mənə deyir ki, sənin sövtün uzaqdan çox yaxşı gəlir. Indi bu çöldə azan verib, hər tərəfə yüyürüb qulaq asıram ki, görüm xalq danışan sözlər doğrudur, yainki yalandır?

 


1Müəzzin - azan verən, azançı.