Padşah və şair Çap et
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

Bir gün bir padşah bir şairdən rəncidə olub, qətlinə hökm elədi. Buyurdu ki, cəllad gəlsin!
Şair padşahıb mülazimlərinə dedi ki, siz hələ cəllad gəlincə, mənim başıma qapaz və üzümə sillə vurun.
Padşaha bu söz xoş gəlib, onun qətlindən keçdi.