Padşahın həkimdən sualı Çap et
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Padşahlardan birisi bir həkimdən sual elədi ki, tədbir əfzəldir, ya şücaət?
   Həkim cavab verdi ki, şücaət şəmşir məsabəsindədir, tədbir əl misalındadır ki, əl qılınca iş buyurur və qılıncsız əl ilə iş görmək olur. Amma əl olmasa qılınc biməsrəfdir.