Əkil-bəkil Çap et
Nəğmələr - Uşaq oyun nəğmələri: sanamalar.

Əkil-bəkil
Əkil-bəkil quş idi,
Ağaca qonmuş idi,
Getdim onu tutmağa,
O məni tutmuş idi,
Meydana salmış idi.
Meydanın ağacları,
Dən gətirir quşları,
Çəpər çəkdim, yol açdım.
Qızılgülə dolaşdım,
Bir dəstə gül dərməmiş,
Nənəm gəldi, mən qaçdım.