Mırt- mırt Çap et
Nəğmələr - Uşaq oyun nəğmələri: sanamalar.

Mırt, mırt,
Adın nə?
- Balqabaq.
Evlənsənə?
- Gələn yox.
Dillənsənə?
- Qoyan yox.
İstəsənə?
- Verən yox.
Oynasana?
- Çalan yox.
Yerin hara?
- Samanlıq.
Saman yeginən?
- Qarnım tox.
Onda çəkil, gendən bax.