Güzgüdə düymə, Tozunu silmə, Xonçada tirmə, Gələr qızım üçün. Mahmanat bağı, Yaşıl yarpağı, Qızıl bel bağı Gələr qızım üçün. Nubar yanağı, Gəzər oynağı, Bir cüt qolbağı Gələr qızım üçün. Hər yana gözük, İlqarda düzük, Brilyant üzük Gələr qızımçün. Durar namazdan, Əlində quran. Bir dənə yorğan Gələr qızımçün. Altında xalça, Çalır kamança, On dənə xonça Gələr qızımçün. Ağ maya əllər, Belində kəmər, Qızıl düymələr Gələr qızımçün. Dağlarda ceyran, Bu qıza qurban, On xara tuman Gələr qızımçün. Əlində var dəf, Üstündə sədəf, Bir zərli örpək Gələr qızımçün. Göydə gedən qaz, Dimdiyi almaz, Bir dənə naz-naz Gələr qızımçün. Heyvası, narı, Əlimin barı, On sap mirvarı Gələr qızımçün. Güzgüdə düymə, Tozunu silmə, İki cüt çəkmə Gələr qızımçün. |