Layla 3 Çap et
Nəğmələr - Beşik nəğmələri: laylalar.

Layla, beşiyim, layla,
Evim, eşiyim, layla,
Sən get şirin yuxuya,
Çəkim keşiyin, layla.

Balam, layla, a layla!
Gülüm, layla, a layla!
Layla dedim gündə mən,
Kölgədə sən, gündə mən.
İldə qurban bir olar,
Sənə qurban gündə mən.

Balam, layla, a layla!
Gülüm, layla, a layla!

Layla dedim, yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan.

Balam, layla, a layla!
Gülüm, layla, a layla!

Layla dedim, yat dedim,
Yastığa baş at dedim.
Bala, çəkim nazını,
Boya-başa çat dedim

Balam, layla, a layla!
Körpəm, layla, a layla!