Bahar Çap et
Mahnılar

 Sözləri Yusif Həsənbəyin,
Musiqisi Vasif Adıgözəlovundur.

Günəş doğdu,
Oyandı kənd.
Qızıl nura
Boyandı kənd.

Şəfəq düşdü
Narın-narın,
Üzərinə
Göy dağların.

Sürüləri
Yatağından,
Örüşlərə
Sürdü çoban.

Hamı çıxdı
Dəstə-dəstə,
Tarlalara
Bax, iş üstə.