|
Mahnılar
|
| | Sözləri Yusif Həsənbəyin, Musiqisi Oqtay Zülfüqarovundur. | Mən bir kiçik aşpazam, Yanımda boşqab, qazan, | | Bişirdiyim xörəyin Doymaq olmur dadından. | 2 dəfə | Bir sakit ol, a kukla, Bir sakit ol, ağlama, | | Dinməz otur yerində, Məni işdən saxlama. | 2 dəfə | Acıyıb məstan pişik, İndi o da ağlayar, | | Dovşanlar da ağlasa Onları kim saxlayar. | 2 dəfə | Qoy bişirim xörəyi Gəlin bir yerdə yeyək, | | Yuyub boşqab, qazanı, Sonra bir az dincələk. | 2 dəfə |
|