|
Mahnılar
|
Sözləri İlyas Tapdığın, Musiqisi Nəriman Məmmədovundur. Nanə balaca qızdır, Nanə qarayanızdır, Qaradır qaşları da, Qaradır saçları da. Nəqərat: Yuyunur ki, o şeytan Qəşəng olsun hamıdan. Bulaqda bütün günü Gedib yuyur üzünü, Gözünə sabun dolur, Üstü-başı su olur. Nəqərat: Yuyunur ki, o şeytan Qəşəng olsun hamıdan. |
|