Qızılgül Çap et
Mahnılar

  Sözləri Sərdar Əsədin,
Musiqisi Ramiz Mustafayevindir.

Ətir tutub hər yanı,
Rəngin günəş rəngidir.
Sənlə gəzən dünyanı
Dostluğun çələngidir!

Nəqərat:

Bakımın şöhrətilə
İstərəm hey gəzəsən.
İnsan məhəbbətilə
Sinələri bəzə sən!

Səhər nəfəsidirmi
Üstündəki incilər?!
Hüsnünə vurğun kimi
Baxan gözlər dincələr.

Nəqərat.

Sovqat göndərib səni
Zəhmətini çəkən əl.
Hər yurdu, hər ölkəni
Dolan söhbətlərlə gəl!

Nəqərat.