|
Mahnılar
|
Sözləri Cahangir Məmmədovun, Musiqisi Ağabacı Rzayevanındır. Böyük qardaşım mənə Bir şar aldı hədiyyə. Üstünə ulduz çəkib, Birdən uçurtdum göyə. Şarım qalxdı havaya, Salam apardı Aya. Uçdu-uçdu uzağa, Bapbalaca göründü. Göyün lap ortasında Ağ dumana büründü. Şarım qalxdı havaya, Salam apardı Aya. |
|