Sözləri Yusif Həsənbəyin, Musiqisi Oqtay Zülfüqarovundur. Maşınımı sürürəm. Du-du-du-du-du, Hamını mən ötürəm, Du-du-du-du-du. Nəqərat: Yanır, yanır göy işıq, Yol açıqdır, yol açıq. Mən keçirəm şəhərdən, Du-du-du-du-du, Döngələrdən, tinlərdən, Du-du-du-du-du. Nəqərat: Yanır, yanır göy işıq, Yol açıqdır, yol açıq. Ay milisioner, milisioner, Du-du-du-du-du, Tələsirəm tez yol ver, Du-du-du-du-du. Qırmızı işıq yandı, Maşınım da dayandı. Sonluq: Bıy, maşınım xarab oldu, Göy işıq yandı. |