Təzə il Çap et
Mahnılar

 Sözləri Xanımana Əlibəylinin,
Musiqisi Hökümə Nəcəfovanındır.

Döşündə ağ qərənfil,
Xoş gəlmisən, təzə il.
Yolkamıza qar ələ,
Gəl, oynayaq əl-ələ.

Sən gələndə, təzə il,
Ağ gül açır elə bil;
Yolkamıza qar ələ,
Gəl, oynayaq əl-ələ.

Çöllərdə fırfıra tək
Hərlədir qarı külək.
Yolkamıza qar ələ,
Gəl, oynayaq əl-ələ.