|
Atalar sözü və məsəllər
|
*** Çala-çala çalağan olar. *** Çalışqan əl nəyə dəysə qızıl olar. *** Çarx dolanar, gün keçir. *** Çatana çatır, çatmayana bir daş atır. *** Çıxmayan cana ümid çoxdur. *** Çobanın meyli olsa, təkədən pendir tutar. *** Çox qarışqa bir şiri öldürər. *** Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik. *** Çörək itirən çörək tapmaz. *** Çox bilirsən, az danış. *** Çox bilib az danışmaq igidin ləngəridir. *** Çox bilən quş dimdiyindən cələyə düşər. |
|